...

Prokuror: "Gəncədə cinayətlərin baş vermə tempi sabitdir"

Siyasət Materials 9 Aprel 2007 11:32 (UTC +04:00)
Prokuror: "Gəncədə cinayətlərin baş vermə tempi sabitdir"

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında Gəncədə cinayətlərin baş vermə tempi sabit olub. Bu barədə Trend ə eksklüziv açıqlamasında Gəncə şəhər prokuroru Adil Vəliyev məlumat verib. Onun sözlərinə görə, hesabat dövrü ərzində polislərin fəaliyyətində baş verən qanunsuz əməllərlə bağlı da prokurorluğa şikayətlər daxil olub: "Polislə bağlı ümumiyyətlə şikayət olmamalıdır. Bu, baş verirsə, deməli mənfi haldır".

Bir müddət öncə Şəmkir rayon prokurorunun müavininin anasının qətlə yetirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirlərinin aparıldığını deyən A.Vəliyev yaxın vaxtlarda cinayəti törədənlərin tutulacağına inandığını deyib. Prokuror qeyd edib ki, bununla bağlı hələlik şübhəli şəxs qismində saxlanılan olmayıb.

Xəbər lenti

Xəbər lenti