...

Bakıda gənc liderlərin Beynəlxalq Hərəkatı yaradılacaq

Siyasət Materials 9 Aprel 2007 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə aprelin 17-də Bakıda beynəlxalq konfrans keçiriləcək. Bu barədə YAP Gənclər Birliyinin sədri Ramil Həsənov bazar ertəsi məlumat verib.

Konfrans ""Gənc liderlər dünyada sülh və təhlükəsizliyin tərəfdarıdır" Beynəlxalq Hərəkatın yaradılması və Avroatlantik məkanda enerji təhlükəsizliyi" mövzusunda olacaq. Konfransda doqquz ölkənin təsisçiliyi ilə "Gənc liderlər dünyada sülh və təhlükəsizliyin tərəfdarıdır" Beynəlxalq Hərəkatı yaradılacaq.

Beynəlxalq konfransın da daxil olduğu üçgünlük tədbirlər planı çərçivəçində doqquz ölkədən gələn nümayəndələrin Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla, hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.

YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki, bu konfransda 15 ölkədən və beynəlxalq təşkilatdan (NATO, Avropa Şurası, BP, Türkiyə, İtaliya, Kanada, Makedoniya, Moldova, Belarus, Ukrayna, İtaliya, Qazaxıstan, Rusiya və Bolqarıstan siyasi partiyalarının gənclər təşkilatı) nümayəndələr iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti