...

YAP Şuşa şəhər təşkilatının konfransı keçirilib

Siyasət Materials 9 Aprel 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Yeni Azərbaycan Partiyası (YAP) Şuşa şəhər təşkilatının II konfransı keçirilib. Bu barədə YAP mətbuat xidmətindən məlumat verilib. Kofransda 102 nəfər iştirak edib. Təşkilatın sədri Elxan Ələkbərov konfransda ötən dövr ərzində görülmüş işlər barədə geniş hesabat məruzəsi ilə çıxış edib. Sədrin verdiyi məlumata görə təşkilat hesabat dövründə təşkilatlanma işini günün tələbləri səviyyəsində qurub, partiya üzvlərinin sıraları xeyli genişlənib. Konfransda YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə, deputat Elman Məmmədov, Şuşa şəhər İcra hakimiyyətinin başçısı Nizami Bəhmənov və başqaları ölkəmizin ictimai-siyasi həyatında baş verən yeniliklər, uğurla davam etdirilən islahatlar prosesinin yüksək nəticələri, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində həyata keçirilən tədbirlər barədə çıxış ediblər. Müzakirələrdən sonra konfransın qətnaməsi qəbul edilb və gündəliyə uyğun olaraq təşkilati məsələlərə baxılıb. Konfrans nümayəndələri təşkilatın 19 nəfərdən ibarət şurasını, 11 nəfər tərkibdə idarə heyətini və 3 nəfərlik nəzarət təftiş qrupunu müəyyənləşdirib. Elxan Ələkbərov yenidən YAP Şuşa şəhər təşkilatının sədri seçilib.Konfransın sonunda nümayəndələr adından Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevə müraciət qəbul edilib.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir. YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti