...

BQP sədri: "Böyük Quruluş Partiyası müxalifətin yeni yaradılan birliyinə qoşulmayacaq"

Siyasət Materials 9 Aprel 2007 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Böyük Quruluş Partiyası (BQP) müxalifətin yeni yaradılan birliyinə qoşulmayacaq və 2008-ci ildə keçiriləcək prezident seçkilərində öz namizədi ilə iştirak edəcək. Bu barədə bazar ertəsi Bakıda BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu məlumat verib.

F.Qəzənfəroğlu qeyd edib ki, BQP Ali Məclisinin iki gün əvvəl keçirilən iclasında partiyanın 2008-ci il seçkilərində öz namizədi ilə iştirak etməsi haqqında qərar qəbul olunub: "Mən müxalifətin yeni birliyinin yaradılması ilə bağlı danışıqlarda iştirak etmirəm. Çünki partiyanın qərarı var və biz müstəqil şəkildə siyasi proseslərdə iştirak etməyi nəzərdə tuturuq. Blok, koalisiya formasına üstünlük vermirik. Ona görə də müxalifət düşərgəsində hansı birlik modellərinin qurulması bizi maraqlandırmır."

F.Qəzənfəroğlu deyib ki, yaxın vaxtlarda müxalifətin yeni birliyinin yaradılması üçün aparılan danışıqlarda iştirak etməyəcək.

Qeyd edək ki, müxalifətyönlü Böyük Quruluş Partiyası 2003-cü ildə yaradılıb. Partiyanın sədri millət vəkili Fazil Qəzənfəroğludur.

Xəbər lenti

Xəbər lenti