...

Sosial Demokrat Partiyası müxalifətin yeni qurumunun yaradılmasını mənasız sayır

Siyasət Materials 10 Aprel 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) müxalifətin yeni birliyinin yaradılması prosesində iştirak etmir. Bu barədə ASDP-nin həmsədri Araz Əlizadə açıqlama verib.

Onun sözlərinə görə, müxalifət düşərgəsində danışıqlar aparılması və yeni birliyin təsis olunması barədə bu partiyaya rəsmi təklif gəlməyib: "Çünki partiyalar hamısı bilir ki, biz belə işlərdə iştirak etmirik. Hesab edirik ki, müxalifətin hər hansı birliyinin, ittifaqının yaradılmasının nəticəsi olmayacaq. Ona görə də belə təşəbbüsləri mənasız hesab edirəm. Sosial Demokrat Partiyası heç bir bloka qoşulmayacaq" - deyə A.Əlizadə qeyd edib.

Sol təmaüllü müxalifətçi partiya ASDP-nin digər həmsədri Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovdur. A.Mütəllibov 1992-ci ildən Rusiyada yaşayır.

Xəbər lenti

Xəbər lenti