...

Azərbaycan sərhədçiləri 40-dan çox beynəlxalq terrorçu saxlayıb

Siyasət Materials 12 Aprel 2007 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ 11 sentyabr terror hadisəsindən indiyədək Azərbaycan sərhədçiləri tərəfindən 40-dan çox beynəlxalq terrorçu saxlanılıb. Trend xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev məlumat verib. Quliyev bildirib ki, bu göstərici üzrə Azərbaycan dünya ölkələri sırasında birincidir. Bu müddət ərzində Azərbaycan sərhədçiləri tərəfindən beynəlxalq terrorçuluqda şübhəli bilinən 150-yə yaxın şəxs saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb.

DSX rəisinin sözlərinə görə, son 5 ildə sərhədçilərimiz tərəfindən 4361 sərhəd pozucusu, 13303 sərhəd rejim pozucusu, 2035 axtarışda olan şəxsi yaxalanıb. Həmçinin ümumi dəyəri 6 milyon manatdan artıq qaçaqmal müsadirə olunub. Bu müddətdə 107 kiloqram narkotik maddə və 221 tondan artıq narkotik mənşəli bitki kolu məhv edilib. Ötən il sərhədçilər tərəfindən 907 qram ağ civə tutulub.

Xəbər lenti

Xəbər lenti