...

Azərbaycan Demokrat Partiyasinin qurultayı təxirə salınmayacaq

Siyasət Materials 12 Aprel 2007 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Yerlə bağlı yaranmış problemə baxmayaraq Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasının (ADP) aprelin 14-də keçirilməsi planlaşdırılan qurultayı təxirə salınmayacaq. Bu barədə cümə axşamı Bakıda Rəsul Quliyevin rəhbərlik etdiyi ADP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Aydın Quliyev məlumat verib.

Bakı Şəhər İcra Hakimiyyəti ADP-nin qurultayının Neftçilərin Mədəniyyət Evində keçirilməsinə razılıq versə də, iki gün əvvəl imzalan müqavilə birtərəfli şəkildə ləğv edilib. Bəzi məlumatlara görə, bu səbəbdən ADP-nin qurultayının qeyri-müəyyən vaxta təxirə salınacağı gözlənilir.

A.Quliyev isə bildirib ki, istənilən halda aprelin 14-də qurultayı keçirəcəklər: "Qurultayın keçiriləcəyi yerlə bağlı bir neçə variant var. Hazırda onları müzakirə edirik. Yekun qərarımızı aprelin 13-də açıqlayacağıq."

Onun sözlərinə görə, qurultaya hazırlıq prosesi tam təxirə salınıb.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən yaradılıb. 2000-ci ildən partiyaya Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Quliyev rəhbərlik edib. Bu ilin aprel ayında ADP-də parçalanma baş verib. ADP Rəsul Quliyev və Sərdar Cəlaloğlunun tərəfdarlarından ibarət iki hissəyə bölünüb. İndi hər iki tərəf ADP adına iddia edir.

Xəbər lenti

Xəbər lenti