...

Bakıda Cənubi Qafqaz ölkələrindəki rusiyalı həmvətənlərlə bağlı məsələlər müzakirə olunur

Siyasət Materials 12 Aprel 2007 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Cümə axşamı Bakıda rusiyalı həmvətənlərin regional konfransında diaspor nümayəndələri humanitar sahədə əməkdaşlıq, bu il üçün tədbirlər planı, həmçinin Cənubi Qafqaz ölkələrində yaşayan rusların həyat şəraitləri ilə bağlı məsələlər müzakirə olunub.

Konfransı açan Azərbaycandakı hus icmasının sədri, millət vəkili Mixail Zabelin bu konfransı Rusiya Dövlətinin həmvətənlərinə münasibətdə olan siyasətinin bir hissəsi olduğunu bildirib. Rusiya XİN-in idarə rəisi, Xaricdə yaşayan rusiyalı həmvətənlərin müdafiəsi üzrə Hökumət Komissiyasının katibi Aleksandr Çepurin isə həmvətənlərə dəstək işinin RF prezidenti V.Putinin 1994-cü ildə imzaladığı fərmanla hökumət komissiyası tərəfindən hyata keçirildiyini bildirib.

Konkret fəaliyyət isə hökumətin "Xaricdə yaşayan həmvətənlərlə iş proqramı" (2006-2008-ci illər) əsasında həyata keçirilir.

İkigünlük konfrans KİV üçün qapalı keçirilir. Onun yekunlarına əsasən mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti