...

Azərbaycanın Dövlət Sərhəd Xidməti genişmiqyaslı hərbi təlimlər keçirəcək

Siyasət Materials 12 Aprel 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Dövlət Sərhəd Xidməti 2007-ci ilin yayında genişmiqyaslı hərbi təlimlər keçirəcək. Bu barədə cümə axşamı Bakıda Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev məlumat verib.

Cənab Quliyev qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin indiyə qədər əldə etdiyi xüsusi texniki vasitələr də keçiriləcək təlimlərə cəlb olunacaq.

E.Quliyev qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin peşəkar səviyyəyə keçməsi üçün çoxdan başlanan proses çərsivəsində ciddi işlər görülüb. Onun sözlərinə görə, hazırda Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqələrində tam peşəkar heyət fəaliyyət göstərir: "Sahil mühafizəsində bu işlər yekunlaşmaq üzrədir. Ümumilikdə, Azərbaycan sərhəd mühafizəsi üzrə bu proses 2015-ci ilədək tam başa çatacaq."

Xəbər lenti

Xəbər lenti