...

ATƏT-in Azərbaycandakı səfiri müxalifət lideri ilə görüşüb

Siyasət Materials 13 Aprel 2007 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ ATƏT-in Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Xose Luis Herrero müxalifətçi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovla cümə günü görüş keçirib. Bu barədə Etibar Məmmədov məlumat verib.

E.Məmmədovun şəxsi ofisində keçirilən görüşdə əsasən Azərbaycanda cərəyan edən hadisələr, demokratikləşmə prosesi ilə bağlı müzakirələr aparılıb. Digər müxalifət partiyaları ilə də görüşlər keçirdiyini deyən Herrero qeyd edib ki, E.Məmmədovla görüşünün məqsədi Azərbaycanda gedən siyasi proseslərə dair AMİP-in mövqeyini öyrənməkdir.

ATƏT-in səfiri AMİP-lə əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib.

Məmmədov isə ATƏT-in Azərbaycanda fəaliyyətinin lazımlı olduğunu və genişləndirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, ATƏT Azərbaycanın Avropaya inteqrasiyası üçün təkcə hökumətlə deyil, həmçinin müxalifətlə də əməkdaşlıq etməlidir. Məmmədov görüşdə Azərbaycanda demokratik təsisatlara, mətbuata təzyiqlərin artmasından narahatlığını bildirib: "Bu təzyiqlər həm Azərbaycan, həm də region üçün təhlükələlər yarada bilər. Belə ki, demokratik təsisatların zəifləməsindən və nəticədə bu sahədə yarana biləcək boşluqdan ekstremist dini qruplar sui-istifadə edə bilərlər"-deyə Məmmədov qeyd edib.

AMİP lideri Azərbaycanda azad bazar iqtisadiyyatının yaranmasının, müstəqil məhkəmələrin formalaşdırılmasının zəruriliyini də səfirin diqqətinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti