...

"Şəhid  adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən  güzəştlər  haqqında"qanunda dəyişiklik ediləcək

Siyasət Materials 13 Aprel 2007 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin Sosial siyasət daimi komissiyasının  cümə günü keçirilən iclasında "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına  əlavə və dəyişikliklər  edilməsi  barədə"  qanun layihələri müzakirə olunub.

Bununla əlaqədar "Şəhid  adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən  güzəştlər  haqqında", "Çernobıl qəzasında iştirak etmiş və  həmin  qəza nəticəsində zərər çəkmiş vətəndaşların  statusu  və sosial  müdafiəsi haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlara, eləcə də Əmək Məcəlləsinə  əlavə və dəyişikliklərin edildiyi vurğulanıb.

Dəyişikliklərdə şəhidlərə və şəhid  ailələrinə  xərclənən  vəsaitin  dövlət büdcəsindən, ayrı-ayrı imkanlı şəxslərin və müxtəlif  təşkilat və müəssisələrin ianələri hesabına  yaradılan  yardım fondlarından  ödənilməsi  nəzərdə tutulur. O da qeyd olunub ki,  Çernobıl qəzası nəticəsində başçısını  itirmiş  ailələrə  minimum əmək haqqının 10 misli məbləğində, həlak olanın  valideynlərinə isə  minimum əmək  haqqının 5 misli məbləğində  birdəfəlik kompensasiya verilməsi də müvafiq  dəyişikliklərdə  təklif olunub.

Sonda rəy və  təkliflər  nəzərə alınmaqla  hər iki sənədin Milli Məclisin müzakirəsinə çıxarılması barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti