...

Azərbaycanın Cəlilabad rayonunda əxlaqsızlıqla məşğul olan qadın dəstəsi aşkarlanıb

Siyasət Materials 14 Aprel 2007 11:55 (UTC +04:00)

Azərbaycan, Cəlilabad / Trend müxbir A. Həsənov/ Azərbaycanın Cəlilabad rayonunun Qöytəpə kəndində əxlaqsızlıq yuvası aşkarlanıb və səkkiz qadın saxlanılıb. Bu barədə şənbə günü Cəlilabad rayon Polis İdarəsindən Trend ə bildiriblər.

Əxlaqsızlıq yuvası yaratdığına görə, 1970-ci il təvəlüdlü Qöytəpə kənd sakini Dünyamalıyeva Gülnara Əzizulla qızı barəsində Cinayət Məcəlləsinin 244.1 maddəsi ilə (əxlaqsızlıq yuvası saxlama) cinayət işi açılıb və həbs-qəti imkan tədbiri seçilib. Əxlaqsızlıqla məşğul olan 1981-ci il təvəlüdlü Gəncə şəhər sakini Məmmədova Könül Sabir qızı, 1990-cı il təvəlüdlü Xaçmaz şəhər sakini Fərəcova Fatimə Əli qızı, 1941-ci il təvəlüdlü Babayeva Sürəyə Ağabəy qızı, 1984-cü il təvəlüdlü Mirzəyevə Qənimət Yadigar qızı, Cəlilabad rayonu Mikayıllı kənd sakinləri Yarıyevə Elnarə Akif qızı (1985 təvəlüdlü) və onun bacısı 1989-cu il təvəlüdlü Yarıyevə Durdanə Akif qızı inzibati məsuliyətə cəlb olunublar.

Cəlilabad rayonu Azərbaycanın paytaxtı Bakı şəhərindən 210 kilometr cənubda yerləşir. 200 minə yaxın əhalisi var.

Xəbər lenti

Xəbər lenti