...

Azərbaycanın Bərdə rayonunda ağır yol qəzası baş verib

Siyasət Materials 16 Aprel 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Yevlax-Bərdə magistral avtomobil yolunun 18-ci km-də Bərdənin Cəyirli kənd ərazisində Niftəliyev Arif Alı oğluna məxsus 66 BC262 dövlət nömrə nişanlı VAZ 2101 markalı avtomobil ilə 10 OK 840 "Mersedes E" markalı avtomobil toqquşub. Nəticədə "Mersedes"dəki sərnişinlər 1950-ci il təvəllüdlü Bakı şəhər sakini Məmmədova Mahizər Abdulla qızı və Gəncə sakini Əhmədov Rəfael Kamran oğlu, VAZ 2101 markalı avtomobildəki sərnişinlər Kəlbəcər sakini 32 yaşlı Bəxtiyarov Rafael Çinqiz oğlu müxtəlif bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Mərkəzi Xəstəxananın Travmotologiya şöbəsindən bazar ertəsi verilən məlumata görə, hər dörd yaralının vəziyəti ağırdı. Bərdə rayon Dövlət Yol Polisinin rəisi Elçin Əliyevin sözlərinə görə, hadisəyə səbəb "Mersedes" markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi olub. "Mersedes" markalı maşının sürücüsü hadisə yerindən qaçdığına görə, onun kimliyini müəyyən etmək mümkün olmayıb.

Bərdə Azərbaycanın paytaxtı Bakı şəhərindən 330 kilometrlik məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti