...

Azərbaycanın yeni müxalifət partiyası ADP ilə əməkdaşlığa hazırdır

Siyasət Materials 16 Aprel 2007 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda yeni təsis olunan Azərbaycan Açıq Cəmiyyət Partiyası (ACP) siyasi kursu və strategiyasını müəyyənləşdirib. ACP sədri Akif Şahbazov bazar ertəsi bildirib ki, rəhbərlik etdiyi partiya müxalifət partiyalarının bloklaşmasının əleyhinədir. "Biz ciddi elektorata malik müxalifət partiyalarının hamısının birgə fəaliyyət göstərməsinin, bir blokda cəmləşməsinin tərəfdarıyıq" - deyə Şahbazov bildirib.

Onun sözlərinə görə, ACP-nin siyasi kursunun prioritetlərindən əsası Azərbaycanda normal seçki mühitinin yaradılmasında müxalifət partiyalarının səylərini artırmaqdır.

Şahbazov bildirib ki, Azərbaycan Demokrat Partiyası (ADP) fəaliyyətini yenidən nəzərdən keçirsə, partiyanın Nizamnaməsi çərçivəsində fəaliyyətini davam etdirsə, ACP-nin ADP ilə əməkdaşlığı mümkündür.

Müxalifəti təmsil edən ADP-nin siyasi kursunda dəyişiklik edilməsi ilə bağlı qərarından sonra partiya iki yerə - Sərdar Cəlaloğlu və Rəsul Quliyevin tərəfdarlarına bölünüb. Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən mühacirətdə yaşayır. Rəsul Quliyevin lider seçildiyi ACP aprelin 14-də ADP-nin bazasında yaradılıb.

Xəbər lenti

Xəbər lenti