...

Partiya sədri ATƏT-in Bakı ofisinin rəhbəri ilə seçki islahatlarını müzakirə edib

Siyasət Materials 16 Aprel 2007 17:59 (UTC +04:00)
Partiya sədri ATƏT-in Bakı ofisinin rəhbəri ilə seçki islahatlarını müzakirə edib

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bazar ertəsi ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero ilə görüşüb. Bu barədə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, DİP-in fəaliyyəti müzakirə olunub.

Asim Mollazadə ATƏT təmsilçisinə partiyası haqqında ətraflı məlumat verib, DİP-in Azərbaycanda seçki sisteminin islahatlarına dair təkliflərini Herreronun diqqətinə çatdırıb.

Herrero da öz növbəsində ATƏT-in siyasi partiyalar üçün nəzərdə tutulan tədbirləri ilə bağlı Asim Mollazadəni məlumatlandırıb. O, Demokratik İslahatlar Partiyasını bu tədbirlərdə iştiraka dəvət edib.

Xəbər lenti

Xəbər lenti