...

Azərbaycan prezidenti gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramını təsdiq edib

Siyasət Materials 16 Aprel 2007 21:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev aprelin 16-da "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir.

Sərəncamda qərara alınır ki, Dövlət Proqramının maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilsin. Dövlət Proqramı"nın icrasına nəzarət Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiyaya həvalə edilsin. Azərbaycanın Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Xəbər lenti

Xəbər lenti