...

Azərbaycan ordusundan yayınan 26 çağırışçı xarici ölkələrdən geri gətirilib

Siyasət Materials 17 Aprel 2007 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.Qafarov/ Azərbaycanın şimal bölgələrində ordudan yayınan 26 çağırışçı xarici ölkələrdən gətirilərək hərbi xidmətə cəlb olunub. Bu barədə çərşənbə axşamı Quba, Qusar və Xaçmaz rayonlarının Hərbi Komissarlığından məlumat verilib.

Aprelin birindən ölkədə həqiqi hərbi xidmətə çağırış başladıqdan sonra, Quba rayonu sakini olan 7 nəfər, Qusardan 14, Xaçmazdan isə 5 çağırışçı Rusiya və digər xarici ölkələrdən gətirilərək hərbi xidmətə cəlb olunub. Komissarlıqdan bildirilib ki, bu rayonlar Rusiya ilə həmsərhəd olduğundan, bəzi gənclər bu ölkəyə gedərək ordudan yayınmağa çalışırlar. Onlar Rusiya və digər ölkələrdə lisenziyası olmayan institutlarda ali təhsil alır, orada ailə qurur və ya əmək fəaliyyəti ilə məşğul olurlar.

Xəbər lenti

Xəbər lenti