...

Qazaxıstanın Mangistauz vilayətinin nümayəndə heyətinin Bakıya səfəri başlayıb

Siyasət Materials 17 Aprel 2007 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " S.Ağayeva/ Qazaxıstanın Mangistauz (Manqışlaq) vilayətinin rəhbəri Krımbek Kuşeqbayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Nümayəndə heyətinə 20-dək iş adamı, habelə Aktau şəhərinin meri daxildir. Bu barədə Qazaxıstanın ölkəmizdəki səfirliyinin müşaviri Erjan Mukaş məlumat verib.

Səfər Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin dəvəti əsasında gerçəkləşdirilir. Səfər çərçivəsində qazaxıstanlı qonaqların Babayev və Bakı meri Hacıbala Abutalıbovla görüşləri nəzərdə tutulur. Görüşlər zamanı tərəflər iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Danışıqların yekununa dair iki ölkə şirkətlərinin əməkdaşlığına dair bir sıra sazişlərin imzalanacağı da gözlənilir.

Səfər çərçivəsində Qazaxıstan nümayəndə heyətinin bəzi sənaye və təsərrüfat obyektlərinə baş çəkəcəyi də planlaşdırılır. Bakıda görüşləri yekunlaşdıran qonaqlar elə bu gün vətənlərinə dönəcəklər.

Xəbər lenti

Xəbər lenti