...

Bütün Qafqazın Şeyxi: Cənubi Qafqaz problemlərinə böyük diqqət tələb edir

Siyasət Materials 17 Aprel 2007 14:22 (UTC +04:00)
Bütün Qafqazın Şeyxi: Cənubi Qafqaz problemlərinə böyük diqqət tələb edir

Gürcüstan,Tbilisi/müxbir Trend N.Kirtsxalia/Qafqaz müsəlmanları rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə və ümum Gürcüstan Katalikos-Patriarxı II İliya beynəlxalq dini aləmin liderləri tərəfindən Cənubi Qafqaz regionuna böyük diqqətin ayrılmasını lazımi hesab edir. Bu barədə onlar bu gün Tbilisi hava limanından svilizasiyalararası dialoq üzrə dini nümayəndələrin görüşü keçiriləcək Küveyt və Bəhreynə uçuş qabağı bəyan ediblər.

17-21 apreldə Küveytdə Qafqaz xalqlarının dini liderlərinin - ümum Gürcüstan Katalikos-Patriarxı II İliya və Xəzəryanı və Bakı yeparxiyasının yepiskopu Aleksandrın iştirakı ilə sivilizasiyalararası dialoq məsələləri müzakirə olunacaq.

Dini konfessiya rəhbərləri Küveyt və Bəhreynin ali ruhani rəhbərləri ilə həmçinin qloballaşmanın milli dəyərlərə təsirinin neytrallaşdırılması məsələlərini müzakirə edəcəklər. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

"Cənubi Qafqaz əhəmiyyətli regiondur və böyük diqqət tələb edir, ilk növbədə bu diqqəti Gürcüstan və Azərbaycan tələb edir" - deyə Gürcüstan pravoslav kilsəsinin lideri qeyd edib.

Şeyxülislam Hacı Allahşükür Paşazadə öz növbəsində bəyan edib ki, tarixdə ilk dəfə olaraq Cənubi Qafqaz xristian və müsəlman dünyasının liderlərinin bir yerdə müsəlman dövlətinə yola düşməsindən məmnundur. "Bu siyasətçilər üçün nümunədir və harada olmağımızdan asılı olmayaraq biz dövlətlərimizin sərhəd və ərazi bütövlüyünü müdafiə edirik" - deyə o, qeyd edib.

Xəbər lenti

Xəbər lenti