...

Deputat AŞPA-da Azərbaycanla bağlı müzakirələri müsbət qiymətləndirib

Siyasət Materials 17 Aprel 2007 16:15 (UTC +04:00)
Deputat AŞPA-da Azərbaycanla bağlı müzakirələri müsbət qiymətləndirib

Fransa, Strasburq / Trend müxbir E.Məcidli/ Azərbaycanın AŞPA-daki nümayəndə heyətinin üzvü Rəfael Hüseynov dünən AŞPA-da Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə bağlı iclasın nəticəsini müsbət qiymətləndirib.

Azərbaycanın Avropa Şurasına üzv olduğu 2001-ci ildən etibarən ölkədə demokratiya yolunda ciddi dəyişikliklər getdiyini bildirən Hüseynov, bunun Avropa Şurasına üzv olan digər ölkələrdə də Azərbaycana qarşı inam yaratdığını ifadə edib.

Əvvəlki sessiyalarda da Azərbaycanın öhdəlikləri ilə bağlı müzakirələrin olduğunu xatırladan Hüseynov, ötən vaxt ərzində gedən inkişafları görmək üçün əvvəlki məruzələrə baxmağın yetərli olduğunu qeyd edib.

Bu iclasın prinsipial cəhətdən digər iclaslardan fərqləndiyini söyləyən millətvəkili iclas vaxti subyektiv fikirlərin də səsləndiyini bildirib.

İclas zamanı müzakirə olunan məruzədə tənqidə layiq və reallığı düzgün əks etdirməyən məqamların da olduğunu vurğulayan Hüseynov çıxışı zamanı bu məqamlara toxunduğunu xatırladıb.

Ümumilikdə isə Azərbaycanın öhdəlikləri, həmçinin Qarabağ problemi ilə bağlı məsələnin müzakirə edildiyi iclasın obyektiv bir şəraitdə keçdiyini vurğulayan Hüseynov yekun nəticəni müsbət dəyərləndirib.

Xəbər lenti

Xəbər lenti