...

Azərbaycan və Bolqarıstan fövqəladə hallar sahəsində əməkdaşlıq edəcək

Siyasət Materials 17 Aprel 2007 17:35 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan və Bolqarıstanın fövqəladə hallar nazirlikləri arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq barədə saziş imzalanacaq.

Sənədi Azərbaycan və Borlqarıstanın fövqəladə hallar nazirləri Kəmaləddin Heydərov və Emel Etem K.Heydərovun Bolqarıstana hazırkı səfəri çərçivəsində imzalayacaqlar. Bu barədə Sofiyada Azərbaycan səfirliyinin məsləhətçisi Famil Əliyev məlumat verib.

Səfər Bolqarıstan tərəfiinin dəvəti üzrə həyata keçirilir. İki nazirlik rəhbəri bu sahədə əməkdaşlıq məsələlərini, təbii fəlakət və fövqəladə halların nəticələrinin aradan qaldırılmasında qarşılıqlı əlaqələri müzakirə edəcək - deyə məsləhətçi məlumat verib.

Səfər çərçivəsində həmçinin Bolqarıstanın baş naziri və nəqliyyat naziri ilə görüşlər də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti