...

İctimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunun qəbul oluna bilər

Siyasət Materials 17 Aprel 2007 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ İctimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunun qəbul olunması vacibdir. Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunun qəbul olunması məsələsini parlamentin gündəliyinə salmağı təklif edib.

Millət vəkili qeyd edib ki, parlament "Tütün məmulatları haqqında" qanun qəbul edib. Lakin bu qanunda ictimai yerlərdə siqaret çəkməyi qadağan edən maddə yoxdur. Ona görə də qanunda dəyişikliklərin edilməsi vacibdir.

M.Qurbanlı vurğulayıb ki, Avropanın inkişaf etmiş əksər ölkələrində ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun var. Onun fikrincə, Azərbaycanda ictimai yerlərdə siqaret çəkənlərin sayı sürətlə artır.

Xəbər lenti

Xəbər lenti