...

Azərbaycan Demokrat Partiyasının nizamnaməsi dəyişdiriləcək

Siyasət Materials 17 Aprel 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətçi Azərbaycan Demokrat Partiyasının (ADP) qurultayında partiyanın Nizamnaməsinə dəyişiklik ediləcək. Bu barədə çərşənbə axşamı ADP-dən məlumat verilib.

Partiyanın doqquzuncu qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin genişləndirilmiş iclasında Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı bəyanat qəbul edilib. Həmçinin qurultaya hazırlıqla bağlı rayon təşkilatlarının konfranslarının davam etdirildiyi bildirilib. Həftə ərzində keçirilən konfransların nəticələri təsdiq olunub.

ADP Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər səsləndirilib. Qərara alınıb ki, növbəti iclasadək Nizamnaməyə əlavə və dəyişikliklər layihəsi tam hazırlansın və qurultayın müzakirəsinə təqdim edilsin.

ADP 1991-ci ildə yaradılıb. Bu ilin fevralında partiyanın keçmiş sədri Rəsul Quliyevin tərəfdarları olan bir qrup ADP-dən ayrılıb. Hazırda ADP Sərdar Cəlaloğlunun rəhbərliyi ilə mayda keçiriləcək 9-cu qurultaya hazırlaşır.

Xəbər lenti

Xəbər lenti