...

Heydər Əliyev Fondunun prezidenti uşaqların immunlaşdırılması kampaniyasında iştirak edib

Siyasət Materials 17 Aprel 2007 20:26 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend P.Əmircanov/Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva Bakının Nəsimi rayonundakı 1 saylı uşaq poliklinikasında olub, burada uşaqların poliomelitə qarşı vaksinləşməsi kampaniyasında iştirak edib. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Qeyd edək ki, kampaniya Avropa immunlaşdırma həftəsi çərçivəsində keçirilir. 1 saylı poliklinikada immunlaşdırma kampaniyasına qoşulan Azərbaycanın birinci xanımı yaşyarıma qədər uşaqların vaksinləşməsi kampaniyasında şəxsən iştirak edib, dərmanlardan imtina etməyə çalışan balacalarla "dil tapa" bilib.

Xəbər lenti

Xəbər lenti