...

Azərbaycan ordusunda ölüm halları ilə bağlı məsələ Milli Məclis komissiyasının qapalı iclasında müzakirə oluna bilər

Siyasət Materials 18 Aprel 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan ordusunda ölüm halları ilə bağlı məsələ Milli Məclis komissiyasının qapalı iclasında müzakirə oluna bilər. Bununla bağlı çərşənbə günü son günlər ordu sıralarında ölüm hallarının artmasına münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, millət vəkili Zahid Oruc bildirib.

Onun sözlərinə görə, Dövlət və hakimiyyət sturukturları belə halların aradan qaldırılması üçün addım atmalıdır. O bildirib ki, bu məsələnin mahiyyətinin araşdırılması vacibdir. Deputataın sözlərinə görə, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasında bir neçə dəfə fikirlər səsləndirilib ki, qapalı iclaslarda bu məsələ Müdafiə Nazirliyinin rəhbərliyi ilə birgə müzakirə edilsin.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsəlləri daimi komissiyasının üzvü Siyavuş Novruzov isə hesab edir ki, orduda ölüm hallarının artması daha çox ehtiyatsızlıq nəticəsində baş verir. Ona görə də bu məsələni parlamentdə müzakirəyə çıxarmağa ehtiyac yoxdur.

Novruzov bildirib ki, cəbhə xəttində təkcə Azərbaycan ordusu deyil, ermənilər də itki verir. Deputatın fikrincə, əsgərlərin xidmətinə valideynlərin də müdaxiləsi böyükdür.

Xəbər lenti

Xəbər lenti