...

Azərbaycan Prezidenti Avstriya şirkətinin rəhbərini qəbul edib

Siyasət Materials 18 Aprel 2007 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Avstriyanın "OMV" şirkətinin İcraiyyə Şurasının sədri Volfqanq Ruttenstorferi qəbul edib. "OMV"un Mərkəzi Avropa, Orta Asiya və bir sıra digər yerlərdə fəaliyyət göstərdiyini bildirən Volfqanq Ruttenstorfer şirkət haqqında Azərbaycan Prezidentinə məlumat verib. Azərbaycanın energetika sahəsində böyük uğurlar əldə etdiyini vurğulayan qonaq təmsil etdiyi şirkətin ölkəmizlə əlaqələrə böyük maraq göstərdiyini deyib.

Görüşdə Azərbaycan qazının Avropa bazarlarına nəql edilməsi və Nabukko layihəsinin həyata keçirilməsi sahəsində "OMV" şirkətinin Azərbaycanla əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti