...

"Azadlıq" bloku konfransa hazırlaşır

Siyasət Materials 18 Aprel 2007 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Azadlıq" bloku iqtisadiyyat, təhsil və hüquq sahəsində olan problemlərlə bağlı konfranslar təşkil edəcək. Bu barədə "Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda blokun komissiyaları konfransların keçirilməsinə hazırlıqları davam etdirir. Artıq konfranslarda müzakirə ediləcək mövzular dəqiqləşdirilib.

Qeyd edək ki, "Azadlıq" blokunda 3 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal və Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti