...

MSK sədri: Azərbaycan seçki qanunvericiliyində islahatları davam etdirəcək

Siyasət Materials 18 Aprel 2007 20:44 (UTC +04:00)
MSK sədri: Azərbaycan seçki qanunvericiliyində islahatları davam etdirəcək

Azərbaycanda seçki islahatları 2008-ci il prezident seçkilərinə qədər, eləcə də ondan sonra davam edəcək. Bunu çərşənbə günü Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə bəyan edib.

O, həmçinin Azərbaycan hökuməti, Avropa Şurasının Venesiya Komissiyası və ATƏT nümayəndələrinin Bakıda keçirilən son görüşündə müzakirə mövzusu olmuş seçki dövründə şikayətlərə baxılma müddətinin qısaldılması məsələsinə də toxunub.

O deyib ki, seçki prosesi iştirakçılarının şikayət prosedurlarını təkmilləşdirmək olar.

Eyni zamanda o qeyd edib ki, Azərbaycanın qüvvədə olan qanunvericilik bazası beynəlxalq standartlara uyğundur və ümumqəbulolunmuş normalar əsasında şikayətlərə baxılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti