...

Parlamentin komissiya sədri: "Rayonlar mahallarla əvəzlənə bilər"

Siyasət Materials 18 Aprel 2007 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Əgər zərurət yaransa, Azərbaycanın inzibati ərazi vahidlərində dəyişiklik edilə və rayonlar mahallarla əvəzlənə bilər. Bu barədə çərşənbə günü Bakıda Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə məlumat verib. Komissiya sədri deyib ki, bu məsələyə nə vaxtsa baxmaq mümkündür: "Hal-hazırda isə buna heç bir ehtiyac yoxdur. Rayonlar mahal sözü ilə əvəzlənə bilər. Ancaq bu, işin mahiyyətini dəyişmir. Azərbaycanda ərazi bölgüsü və inzibati ərazi vahidləri haqqında qanun var. Bu qanunla həmin məsələ tənzimlənir." Komissiya sədri deyib ki, bu məsələyə nə vaxtsa baxmaq mümkündür: "Hal-hazırda isə buna heç bir ehtiyac yoxdur. Rayonlar mahal sözü ilə əvəzlənə bilər. Ancaq bu, işin mahiyyətini dəyişmir. Azərbaycanda ərazi bölgüsü və inzibati ərazi vahidləri haqqında qanun var. Bu qanunla həmin məsələ tənzimlənir."

Xəbər lenti

Xəbər lenti