...

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının sessiyasında Azərbaycan məruzəçi dövlət olacaq

Siyasət Materials 19 Aprel 2007 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iyulda keçiriləcək sessiyasının gündəliyi müəyyənləşib. Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Asəf Hacıyev cümə günü bildirib ki, iclasda Qara dəniz ölkələrində təhsilin Boloniya sisteminə keçidi və yüksək texnologiyaların inkişafı məsələləri müzakirə olunacaq.

Qara dəniz ölkələrində yüksək texnologiyaların inkişafı mövzusunda məruzəçi ölkə Azərbaycan olacaq. Məruzəçi Hacıyev Azərbaycanda bu istiqamətdə görülən işlər barədə danışacaq.

Hacıyev onu da bildirib ki, cari məsələlərin müzakirəsi zamanı Ermənistanın təcavüzkar siyasətinə dair çıxışlar da gözlənilir.

Xəbər lenti

Xəbər lenti