...

Azərbaycan deputatları Rumıniya parlamentində görüşlər keçirəcək

Siyasət Materials 19 Aprel 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan parlamentinin nümayəndələri aprelin 22-də Rumıniyaya səfər edəcəklər. Bu barədə cümə axşamı Trend ə Rumıniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Azay Quliyev məlumat verib. Onun sözlərinə görə, səfər çərçivəsində millət vəkilləri Rumıniya parlamentində, Azərbaycanın həmin dövlətdəki diaspor təşkilatında görüşlər keçirəcək.

Quliyev bildirib ki, aprelin 23-də isə Buxarestin "Lia Monaliu" mərkəzi stadionunda Azərbaycan və Rumıniya parlamentləri arasında yoldaşlıq futbol oyunu keçiriləcək.

Xəbər lenti

Xəbər lenti