...

Terri Devis: Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa Şurasını yaxından maraqlandırır

Siyasət Materials 19 Aprel 2007 17:05 (UTC +04:00)
Terri Devis: Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa Şurasını yaxından maraqlandırır

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Avropa Şurasının baş katibi Terri Devis təşkilatin Dağlıq Qarabağ probleminin həllində maraqlı olduğunu bildirib. Bu qün Straburqda jurnalistlərə verdiyi muüahibədə iki dövlət arasında gedən müzakirələrə toxunan baş katib, yaxın vaxtlarda bunun səmərəsini görə biləcəklərinə inandığını söyləyib. Avropa Şurasının da problemin həlli istiqamətində atılan hər bir addımı dəstəklədiyini ifadə edən Devis, bununla bağlı göstərilən səylərin vacibliyini vurğulayıb.

Türkiyənin Malatya şəhərində xristian missionerlərin öldürülməsini dəhşət adlandıran baş katib, bu cür hadisələrin Türkiyədə olmasının xoşagəlməz hal olduğunu bildirib. Bu hadisədən dərin üzüntü duyduğunu qeyd edən Devis, Türkiyənin dövlət və yerli idarə orqanlarının cinayətkarları yaxalayaraq cəzalandıracağına inandığını bildirib.

Xəbər lenti

Xəbər lenti