...

Azərbaycanda "Sanatoriyalar və kurortlar haqqında" qanun layihəsi hazırlanır

Siyasət Materials 19 Aprel 2007 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin Sosial siyasət daimi komissiyasında "Sanatoriyalar və kurortlar haqqında" qanun layihəsi hazırlanır. Bu barədə cümə axşamı Bakıda Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, qanun layihəsinin hazırlanmasında məqsəd Azərbaycanda turizmin inkişafı üçün hüquqi bazanın yaradılmasıdır.

O bildirib ki, rəhbərlik etdiyi komissiyada bundan başqa "Sosial sifariş haqqında", "Milli idman oyunları haqqında" qanun layihələri hazırlanır.

Xəbər lenti

Xəbər lenti