...

Azərbaycanın kənd təsərrüfatı naziri Mərakeş kralı ilə görüşüb

Siyasət Materials 20 Aprel 2007 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov Mərakeş kralı VI Məhəmmədlə görüşüb. Görüş nazirin Mərakeşin Meknes şəhərində keçirilən Beynəlxalq kənd təsərrüfatı sərgisində iştirakı çərçivəsində baş tutub. Bu barədə cümə günü Azərbaycanın Mərakeşdəki səfirliyinin attaşesi Anar Mədətli telefonla müsahibəsində bildirib.

Onun sözlərinə görə, Mərakeş kralı ilə görüşdə nazir Azərbaycan prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb.

Sərgidə iştirakı çərçivəsində Abbasov Mərakeşin kənd təsərrüfatı və dəniz balıqçılığının inkişafı naziri M.Laenser, həmçinin xarici ticarət naziri Mustafa Meşahuri, sənaye və ticarət naziri Səlahəddin Mezahurla görüşüb. Görüşdə tərəflər iki ölkə arasında ticari-iqtisadi və kənd təsərrüfatı sahələrində əməkdaşıq perspektivlərini müzakirə ediblər.

Abbasov həmçinin İslam Konfransı Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ISESCO) baş katibi Əbdüləziz əl-Tuveyciri tərəfindən də qəbul olunub.

Xəbər lenti

Xəbər lenti