...

Azərbaycanda bu ilin birinci rübündə cinayət törədənlərin 233-ü qadınlardır

Siyasət Materials 23 Aprel 2007 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ 2007-ci ilin yanvar-mart aylarında axtarışda olan təqsirləndirilən şəxslərin 1055-i, o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 85 şəxs tutulub, itkin düşmələri ilə əlaqədar axtarış elan olunmuş 714 nəfərdən 320-nin yeri müəyyən edilib. Bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müxtəlif cinayətlər törətdiklərinə görə müəyyən edilmiş 3661 şəxsdən 2608 nəfəri cinayət məsuliyyətinə cəlb edilib, onlardan 233-ü qadınlar, 83-ü yetkinlik yaşına çatmayanlar, 2215-i işləməyən və oxumayan, 300-ü isə əvvəllər məhkum edilmişlər olub.Cinayət nəticəsində 1821 şəxs xəsarət alıb. Onlardan 774-ü qadın, 42-si yetkinlik yaşına çatmayan, o cümlədən cinayət nəticəsində həlak olmuş 370 şəxsdən 78-i qadın, 38-i yetkinlik yaşına çatmayanlar olub.

Xəbər lenti

Xəbər lenti