...

Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Strategiyası hazırlanıb –versiya 1

Siyasət Materials 23 Aprel 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yanında qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrup tərəfindən "Korrupsiyaya qarşı Milli Fəaliyyət Strategiyası" hazırlanıb. Bu barədə bazar ertəsi keçirilən "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı"nın irasının yekunlarına həsr olunmuş Dəyirmi masada məlumat verilib.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov bildirib ki, "Milli Fəaliyyət Strategiyası"nın ilkin variantı gələn həftə ictimai müzakirəyə çıxarılacaq. Xatırladaq ki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev rəhbərlik edir.

Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumat və əməkdaşlıq Şəbəkəsi 145 bənddən ibarət olan "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı"nın (2004-2006-cı illər) irasına dair monitorinq aparıb. Şəbəkənin koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev bununla əlaqədar məruzəsində bildirib ki, Dövlət Proqramının tələbləri yalnız 54,49 faiz icra olunub, 17,25 faiz isə icra edilməyib.

Nuriyevin verdiyi məlumata görə, 1999-cu ildən indiyədək məhkəmə hakimlərinin maaşları 20 dəfə artırılıb. Onun sözlərinə görə, bu, çox böyük göstərici olmasına baxmayaraq, məhkəmə sistemində problemlər var, ədalət mühakiməsinin təmin edilməsi ilə bağlı çoxlu şikayətlər yaranır. Hüquqşünas bildirib ki, məsuliyyətə cəlb olunmalar zamanı əmlakın müsadirəsi halları çoxalıb, lakin bir çox dövlət qurumlarında daxili nəzarət orqanları yaradılmayıb.

Xəbər lenti

Xəbər lenti