...

Azərbaycanda korrupsiya ilə bağlı açılan cinayət işləri barədə məlumat verilib

Siyasət Materials 23 Aprel 2007 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqız?/ Azərbaycanın dövlət orqanlarında korrupsiya halları ilə bağlı ötən il 79 şəxs barəsində 39 cinayət işi açılıb. Bu barədə Azərbaycanın Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəsmisi Nazim Mahmudov bazar ertəsi "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş toplantıda məlumat verib.

Mahmudovun bildirdiyinə görə, 2005-ci ildə korrupsiya faktları ilə bağlı məhkəməyə 12 iş təqdim olub. 2006-cı ildə 79 şəxs barəsində 39 cinayət işi açılıb. Bu ilin ilk üç ayı ərzində isə 24 şəxs barəsində 11 cinayət işi açılıb. İdarə rəsmisinin sözlərinə görə, açılan cinayət işlərinin motivləri əsasən rüşvət almaq, dövlət əmlakını talan etmək və vəzifədən sui-istifadə etməklə bağlıdır. Məsuliyyətə cəlb olunan şəxslər isə hüquq-mühafizə orqanlarında, təhsil sahəsində, bələdiyyələrdə çalışan adamlardır.

Xəbər lenti

Xəbər lenti