...

Prezident İlham Əliyev: "Azərbaycan-Koreya münasibətləri yeni mərhələdədir"

Siyasət Materials 23 Aprel 2007 13:09 (UTC +04:00)
Prezident İlham Əliyev: "Azərbaycan-Koreya münasibətləri yeni mərhələdədir"

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov/Azərbaycan-Koreya münasibətləri yeni mərhələdədir. Bu barədə Cənubi Koreyanın "Joong Ang Libo" qəzetinə müsahibəsində bu gün Koreyaya rəsmi səfərinə başlamış Azərbaycanın prezidenti İlham Əliyev bəyan edib.

"Bu səfər Koreya Respublikası prezidentinin Azərbaycana səfərindən sonra başlamış intensiv dialoqun davamıdır" - deyə dövlət başçısı bildirib və qeyd edib ki, üçgünlük səfərin gündəliyi olduqca genişdir.

Keçən ilin mayında Koreya prezidenti Rox Mu Xyunun Azərbaycana rəsmi səfərinə toxunan İlham Əliyev bildirib ki, həmin vaxt tərəflər iqtisadi əməkdaşlıq sahəsində ikitərəfli münasibətləri, iqtisadi inkişafın müxtəlif aspektlərini müzakirə edib. "Sizə məlum olduğu kimi, biz sizin ölkədə səfirliyimizi açmışıq. Bu, sizin ölkə ilə sıx əməkdaşlıqda maraqlı olmağımızdan irəli gəlir. Əlbəttə ki, səfərin gündəliyi geniş olacaq" - deyə Azərbaycanın lideri bildirib.

"Biz, Azərbaycanda işləməkdə maraqlı olan təcrübəli, peşəkar şirkətlərlə əməkdaşlıq etmək istəyirik. Bu kriteriyalara cavab verən bir çox xarici işrkətlər var. Ümid edirəm ki, səfər uğurlu olacaq" - deyə o, bildirib.

Əliyevin sözlərinə görə, Cənubi Koreyada Azərbaycanın işçi dairələrinin nümayəndələrinin də iştirak edəcəyi birgə biznes-forum keçiriləcək. "Güman edirəm ki, nəticələr çox müsbət olacaq" - deyə o, yekun vurub.

Xəbər lenti

Xəbər lenti