...

Azərbaycanda yaşayan fransızların əksəriyyəti Nikola Sarkoziyə səs verib

Siyasət Materials 23 Aprel 2007 14:07 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Fransanın Azərbaycandakı səfirliyində təşkil olunmuş Fransada keçirilən prezident seçkilərinin birinci mərhələsində Nikola Sarkozi qələbə qazanıb. Bu barədə bazar ertəsi Fransanın Bakıdakı səfirliyindən məlumat verilib. Seçkilərdə Bakıda yaşayan Fransa vətəndaşlarının 75%-i iştirak edib.

Səfirlikdən verilən məlumatda göstərilib ki, ümumilikdə seçicilər siyahısında Bakıda yaşayan 71 fransız qeyd olunub.

Diplomatik missiyadan qeyd olunduğu kimi, seçkilər təşkilatlanmış formada keçirilib və heç bir qanun pozuntusu qeydə alınmayıb.

Fransada seçkilərin nəticələrinə əsasən, ikinci mərhələyə "Xalq Hərəkatı Naminə Birlik" hakim sağ mərkəzçi partiyasının namizədi Nikola Sarkozi və müxalif Sosial partiyasının nümayəndəsi Seqolen Ruayal çıxıb.

Xəbər lenti

Xəbər lenti