...

Azərbaycan diasporu ABŞ-ın Dövlət Departamentinin hesabatındakı həqiqətə zidd ifadənin düzəlişi üçün çalışır

Siyasət Materials 24 Aprel 2007 12:19 (UTC +04:00)
Azərbaycan diasporu ABŞ-ın Dövlət Departamentinin hesabatındakı həqiqətə zidd ifadənin düzəlişi üçün çalışır

ABŞ, Vaşinqton / Trend müxbir A.Qara/ Amerika-Azərbaycan Cəmiyyəti (AAC) ABŞ-ın Dövlət Departamentinin hesabatındakı həqiqətə zidd, Azərbaycanın ərazi bütövlüyünü sual altında qoyan ifadələrin düzəlişi üçün çalışır. Bunu Trend in Vaşinqton müxbirinə verdiyi müsahibədə AAC prezidenti Tomris Azəri deyib.

ABŞ Dövlət Departamentinin 2005-ci ildə insan hüquqlarının vəziyyəti ilə bağlı bəyanatının Azərbaycana həsr olunan hissəsində erməni hərbi qüvvələrinin Qarabağ daxil Azərbaycan ərazisinin təqribən 16 fazini işğal etdiyi bildirilirdi. Həmin il bəyanatının Ermənistana həsr olunan hissəsində isə bu barədə heç bir məlumat yox idi. Dövlət Departamentinin 2006-ci il üçün nəşr olunan bəyanatının Azərbaycana ayrılan hissəsində əvvəlki ildən fərqli olaraq, sadəcə Qarabağın böyük bir qismi ilə yanaşı ətrafdakı Azərbaycan ərazilərinin erməni silahlı qüvvələrinin nəzarətində olduğu yazılıb. Bəyanatın Ermənistana həsr olunan hissəsində erməni qüvvələrinin Qarabağ ətrafındakı Azərbaycan ərazilərini işğal etdiyi, amma erməni rəsmilərinin Qarabağın özünü işğal etmədiklərini bildirdikləri qeyd olunub. Rəsmi Bakı məruzənin mətnindəki dəyişikliyi kəskin surətdə tənqid edərək ABŞ-a getməyə hazırlaşan hökumət nümayəndə heyətinin səfərini təxirə salıb.

Azəri diaspor üzvlərinin bu səhvin düzəldilməsi xahişi ilə Amerikanin dövlət katibi Kondoliza Raysa müraciət etdiklərini qeyd edib. AAC prezidenti artıq dərc edilmiş bəyanatın mətnində dəyişikliklər edilməsini Erməni diasporunun güclü lobbi fəaliyyəti ilə əlaqələndirir: "Ermənilərin idarə və qanunvericilik orqanları ilə cox sıx əlaqələri var. Buna qarşılıq Azərbaycanın diaspor gücü çox zəifdir, bizim burada maddi dəstəyimiz çox azdır. Bizi dəstəkləməyə hazır olan konqresmenlər çoxdur, amma biz onlara dəstək verə bilmirik." Azəri Amerikada 50 illik tarixə malik olan Azərbaycan Cəmiyyətinin gündəminin əsas mövzusunun Azərbaycanın ərazi bütövlüyünün və qaçqın hüquqlarının bərpası olduğunu bildirib: "Amma təəssüf olsun, burada fəaliyyət göstərən diaspor quruluşlarının çoxunun gündəmi mövcüd deyil."

Xəbər lenti

Xəbər lenti