...

Azərbaycan prezidenti Boris Yeltsinin vəfatı ilə əlaqədər başsağlığı verib

Siyasət Materials 24 Aprel 2007 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov/ Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın birinci prezidenti Boris Yeltsinin vəfatı ilə əlaqədər rusiyalı həmkarı Vladimir Putinə başsağlığı göndərib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Boris Nikolayeviç Yelstin tarixə Rusiyanın əsaslı demokratik dəyişikliklər dövrünün başlanğıcında dayanan tanınmış dövlət xadimi, cəsarətli və miqyaslı siyasətçi kimi düşüb. Boris Nikolayeviçin adı ilə Azərbaycan və Rusiya arasında yeni dövlətlərarası münasibətlərin yaranması və inkişafı bağlıdır" - deyə məktubda deyilir.

Azərbaycan prezidenti Rusiyanın birinci prezidentinin həyat yoldaşı Naina Yeltsinaya da başsağlığı göndərib. "Tanınmış dövlət və siyasi xadim Boris Nikolayeviç Yeltsin həmişə yaddaşlarda parlaq tarixi şəxsiyyət, Rusiyanın gerçək vətənpərvəri, güclü, cəsarətli və mərd adam kimi qalacaq" - deyə məktubda dövlət başçısı bildirib.

76 yaşlı Boris Yeltsin bazar ertəsi Moskvada ürək çatışmazlığından vəfat edib. Onun dəfn mərasimi sabah, aprelin 25-də keçiriləcək. Bu tarix Rusiyada matəm günü elan olunub.

Xəbər lenti

Xəbər lenti