...

MDB dövlətlərinin XİN rəhbərləri Birlikdə islahtalar konsepsiyası üzrə razılığa gəliblər

Siyasət Materials 25 Aprel 2007 15:48 (UTC +04:00)
MDB dövlətlərinin XİN rəhbərləri Birlikdə islahtalar konsepsiyası üzrə razılığa gəliblər

Qazaxıstan,Astana/müxbir Trend K.Konırova/MDB-nin islahatları məsələləri çərşənbə günü Astanada Müstəqil Dövlətlər Birliyi xarici işlər nazirləri Şurasının iclasında müzakirə olunub. Bu barədə Qazaxıstanın xarici işlər naziri Marat Tajin iclasdan sonra brifinqdə məlumat verib.

"Dinamik və yüksək peşəkar təşkilat statusuna tamamilə uyğun olmaq və bütün müasir tələb və çağırışlara cavb vermək üçün Birlik hazırda müntəzəm islahatlardan sonrakı dövrü yaşıyır", deyə Marat Tajin aydınlıq gətirib. Onun sözlərinə görə, iclasda iştirakçılar MDB-nin islahatları üzrə dövlət başçılarının tapşırıqlarının yerinə yetirilməsi üzrə işləri müzakirə edib və MDB-nin gələcək inkişafı konsepsiyası layihəsinin hazırlanması üzrə dövlətlərarası işçi qrupunun növbəti iclasının 3-4 may tarixində keçirilməsini qərara alıblar.

"Keçən il dövlət başçımız Nursultan Nazarbayev tərəfindən MDB-nin gələcək islahatları ilə bağlı proqram təklif olunub, hazırda proqram MDB-nin islahatları konsepsiyasında yer tapıb və 3-4 may tarixindəki müzakirələrdən sonra iyunun əvvəlində Minskdə keçiriləcək dövlət başçılarının görüşü üçün bu konsepsiyanın yekun redaksiyası hazır olacaq", deyə Qazaxıstan naziri bildirib.

Nazir həmçinin məlumat verib ki, iclasın gündəliyi ümumilikdə MDB dövlətlərinin gələcək qarşılıqlı münasibətlərinə, əsasən də humanitar və hərbi əməkdaşlıq, həmçinin təhsil və mədəniyyət sahəsinə aid olan geniş məsələlər dairəsini əhatə edib. O, məlumat verib ki, həmçinin cari ilin mayında Yaltada baş tutacaq hökumət başçıları Şurasının iclasında müzakirə olunacaq məsələlər dairəsi də nəzərdən keçirilib.

Həmçinin beynəlxalq müqavilələrin hazırlanması üzrə tövsiyələr paketi hazırlanıb. Bir çox məsələlər bloku Birlik dövlətlərinin hərbi əməkdaşlığına aid olub, həmçinin xarici sərhədlərdə böhran vəziyyətlərinin yaranması və aradan qaldırılmasında sərhədyanı idarələrin qarşılıqlı münasibətlər məsələsi üzrə qərar qəbul olunub.

Xarici işlər nazirləri Şurası fövqəladə hallar sahəsində kadrların tədrisi və hazırlanması üzrə MDB iştirakçı dövlətlərinin baza təşkilatı kimi Belarus Respublikasının Fövqəladə Hallar üzrə Nazirliyinin təkmilləşdirmə və ixtisasın artırılması İnstitutunun təsdiq olunması ilə bağlı qərarı bəyənib. Bununla yanaşı Qazaxıstanın Maliyyə Polisi Akademiyası və Rusiyanın İqtisadi Təhlükəsizlik Akademiyası maliyyə tədqiqatları orqanları üçün kadrların hazırlanması və təkmilləşdirilməsi üzrə baza təşkilatı statusunu alıb.

MDB-nin xarici işlər nazirlərinin növbəti iclası oktyabrda Düşənbədə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti