...

Azərbaycanın baş naziri Moskvada ikitərəfli danışıqlar keçirməyəcək

Siyasət Materials 25 Aprel 2007 16:18 (UTC +04:00)

Rusiya, Moskva /müx. Trend R.Ağayev/ Azərbaycanın baş naziri Artur Rasizadənin Moskvaya səfəri proqramında Rusiya rəhbərliyi ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulmur.

Azərbaycan jurnalistlərinə Moskvada açıqlama verən hökumət başçısı bildirib ki, onun Rusiya paytaxtına səfəri yalnız bu ölkənin birinci prezidenti Boris Yeltsinin dəfn mərasimində iştirakı ilə bağlıdır.

Matəm tədbirlərinin proqramında mərhum eks-prezidentlə Xilaskar İsa məbədində vida mərasimi yer alır. Azərbaycan prezidenti adından əklil qoyulacaq. Sonra mərhumun Novodeviçye qəbristanlığında torpağa tapşırılması mərasimi keçiriləcək və Kremlin Georqiyevsk zalında ehsan veriləcək. Bu mərasimdən sonra Rasizadə Bakıya dönəcək.

Səfər çərçivəsində Rasizadə Azərbaycanın Rusiyadakı səfirliyinə baş çəkib və onun fəaliyyəti ilə tanış olub.

76 yaşlı Boris Yeltsin srağagün Moskvada ürək çatışmazlığından dünyasını dəyişib.

Rusiyanın birinci prezidenti bu gün torpağa tapşırılacaq. Aprelin 25-i Rusiyada matəm günü elan olunub.

Xəbər lenti

Xəbər lenti