...

Azərbaycan XİN başçısı: "ABŞ-la danışıqlar yaxın zamanlarda bərpa ediləcək"

Siyasət Materials 26 Aprel 2007 12:10 (UTC +04:00)
Azərbaycan XİN başçısı: "ABŞ-la danışıqlar yaxın zamanlarda bərpa ediləcək"

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı günü bəyan edib ki, yaxın zamanlarda ABŞ-la təhlükəsizlik məsələləri üzrə danışıqlar bərpa ediləcək. Xatırladaq ki, bu danışıqlar ABŞ Dövlət Departamentinin insan haqlarına dair hesabatında Ermənistanın Azərbaycan torpaqlarının işğalına dair müddəaya edilən dəyişikliklərə görə təxirə salınmışdır. Lakin Azərbaycan tərəfinin etirazından sonra hesabata əvvəlki müddəa qaytarılıb. Həmin müddəada qeyd edilib ki, Ermənistan Dağlıq Qarabağı və Azərbaycanın 7 ətraf rayonunu işğal etməkdə davam edir.

Məmmədyarov bunu müsbət addım kimi dəyərləndirərək əlavə edib ki, əgər Dövlət Departamenti öz bəyanatlarına tez-tez dəyişikliklər etsə, bunun nə ilə nəticələnəcəyini bilmək mümkün olmayacaq.

Xəbər lenti

Xəbər lenti