...

Azərbaycan prezidenti İKT-nin baş katibi ilə görüşüb

Siyasət Materials 26 Aprel 2007 16:17 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib.

İhsanoğlu Bakıda keçirilən "Tolerantlıq və dözümlülüyün inkişafında KİV-in rolu" beynəlxalq konfransın keçirilməsini və səviyyəsini yüksək qiymətləndirib. O qeyd edib ki, İKT və Azərbaycan arasında münasibətlər daima inkişaf edir və genişləndirilir.

Görüşdə prezident İlham Əliyev vurğulayıb ki, bu təşkilatla əməkdaşlığı davam və inkişaf etdirmək lazımdır.

Xəbər lenti

Xəbər lenti