...

Belarus prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 26 Aprel 2007 16:57 (UTC +04:00)
Belarus prezidenti Azərbaycana səfər edəcək

Azərbaycan,Bakı/müxbir Trend /Mayın əvvəlində Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfər edəcək. Bu barədə cümə axşamı Trend ə Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov məlumat verib.

Bu səfər Belarus dövlət başçısının Azərbaycana ilk rəsmi səfəridir və İlham Əliyevin bu ölkəyə səfərinə cavab səfəridir.

Lukaşenkonun səfərinin 2-3 may tarixdə baş tutacağı gözlənilir. Bu günlərdə Bakıda Belarusun birinci milli sərgisi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti