...

"Daxili audit haqqında" qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq

Siyasət Materials 26 Aprel 2007 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasında hazırlanan "Daxili audit haqqında" qanun layihəsi yaxın vaxtlarda müzakirəyə çıxarılacaq. Bu barədə cümə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Qanun layihəsi birinci və ikinci oxunuşda parlamentdə müzakirə olunub və qəbul edilib. "Daxili audit haqqında" qanun layihəsinin hazırlanmasında məqsəd Azərbaycanda audit xidməti sahəsində idarəetmənin səmərəliliyinin artırılması, risklərin qiymətləndirilməsi və daxili ehtiyatlardan məqsədəuyğun istifadə edilməsinin təmin olunmasıdır. Layihənin Milli Məclisdə ikinci oxunuşda müzakirəsi zamanı verilən təkliflərin əksəriyyətini nəzərə alınıb və  əsaslı təkmilləşdirmə aparılıb.

Xəbər lenti

Xəbər lenti