...

"Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında" qanun layihəsi hazırlanıb

Siyasət Materials 26 Aprel 2007 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin İqtisadi siyasət daimi komissiyasında hazırlanan "Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında" qanun layihəsi yaxın vaxtlarda müzakirəyə çıxarılacaq. Bu barədə cümə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisdə müzakirə və qəbul olunub. Qanun Azərbaycan ərazisində auditor xidməti ilə məşğul olan fiziki və hüquqi şəxslərin auditin keçirildiyi təşkilat qarşısında mülki hüquq məsuliyyətinin icbari sığortası sahəsində münasibətləri tənzimləyəcək və mülki hüquq məsuliyyətinin icbari sığortasının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirəcək.

Xəbər lenti

Xəbər lenti