...

Rusiyalı politoloq ABŞ Dövlət Departamentinin hesabatına dəyişikliyi Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirir

Siyasət Materials 27 Aprel 2007 18:35 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/ABŞ Dövlət Departamentinin insan haqları sahəsindəki vəziyyətlə bağlı hesabatına dəyişikliklərin edilməsini Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirmək olar. Rusiyalı politoloq, "Kommersant" qəzetinin siyasi-iqtisadi şöbəsinin rəhbəri Azər Mürsəliyev belə hesab edir.

ABŞ Dövlət Departamenti martın 6-da insan haqları sahəsindəki vəziyytlə bağlı hesabat dərc edib. Həmin hesabatda Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və onun ətrafında olan 7 rayonu işğal etməsi faktı əks olunub. Aprelin 20-də isə Ermənistanın Azərbaycan ərazisini işğal etməsi faktı dəyişdirilib. ABŞ-ın rəsmi nümayəndələri dəyişikliklərin edilməsini əvvəlki mövqelərinin səhv olması ilə əsaslandırıb. Bununla əlaqədar rəsmi Bakı hökumət nümayəndə heyətinin Vaşinqtona təhlükəsizlik üzrə məsləhətləşmələrə qatılmasını təxirə salıb. Aprelin 25-də Dövlət Departamenti hesabıtın ilkin variantını qaytarıb.

Bu gün telefon vasitəsilə Trend ə müsahibəsində Mürsəliyev bildirib ki, Vaşinqton Dövlət Departamentinin düzəlişinə Bakının bu cür reaksiyasını gözləməyib. "Azərbaycanla bağlı şərait və münasibətlər onsuz da uğurlu idi. Ermənistanı isə əvvəlki parlament seçkilərilə əlaqədar ələ almaq və fəal olaraq onu öz tərəfinə cəlb etmək lazım idi. 20 aprel düzəlişi Ermənistan tərəfinə nümunəvi jest idi. Burada məntiq aydındır, indi Ermənistanın başqa yolu yoxdur, Azərbaycanın isə könlünü almaq lazımdır", - deyən Mürsəlov əlavə edib ki, 25 aprel düzəlişi ilə Dövlət Departamenti buna nail olub.

Xəbər lenti

Xəbər lenti