...

Azərbaycan prezidenti ATƏT-in mətbuat üzrə nümayəndəsini qəbul edib

Siyasət Materials 27 Aprel 2007 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev aprelin 27-də ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraştini qəbul edib. Bu barədə Trend xəbər verir.

Mikloş Haraşti Azərbaycanda "Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu" mövzusunda beynəlxalq konfrans kimi mötəbər tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Prezident İlham Əliyev bu səpkidə beynəlxalq əhəmiyyətli konfransların keçirilməsi üçün Azərbaycanda lazımi şəraitin olduğunu bildirib.

Görüşdə Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyəti, söz və mətbuat azadlığının təmin edilməsi sahəsində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti